Şriftin ölçüsü :

Saytın rəngi :

Pravoslavların Pasxa bayramı

30 aprel 2016 | 16:00

Aprelin 30-da YAP rayon təşkilatının inzibati binasında pravoslavların müqəddəs Pasxa bayramı münasibətilə yığıncaq keçirilmişdir. Yığıncaqda rus icmasının üzvləri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov açaraq pravoslavların rus icmasının üzvlərini rayon İcra Hakimiyyətinin başçısı cənab Nazim İsmayılovun və öz adından təbrik etmiş, xoş arzularını çatdırmışdır. Qeyd etmişdir ki, Azərbaycan tolerant ölkədir. Burada yüksək mənəvi-əxlaqi dəyərlər həmişə qorunub saxlanılır. Ölkəmizdə ayrı-ayrı xalqlara, dinlərə hörmətlə yanaşılır. Rayonumuzda da bu belədir.
Rus icmasının rəhbəri Aleksandr Qluxov çıxış edərək bildirmişdir ki, yerli əhali bizə qarşı  isti münasibət göstəritr. Biz onların qonaqpərvərliyini daim hiss edirik. Rayon rəhbəri bizə həmişə qayğı göstərir. Biz ölkə Prezidenti cənab İlham Əliyevin uğurlu siyasətini daim dəstəkləyirik. Göstərdikləri diqqət və qayğıya görə ölkə başçısına və rayon rəhbərliyinə minnətdarlığımızı bildiririk.
Bayram münasibətilə rus icmasının üzvlərinə maddi yardım göstərilmişdir.

Keçidlər