Rayonumuzda «Azərbaycanın innovativ inkişafı» mövzusunda seminar keçirilmişdir
Aprelin 16-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Sabirabad rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində «Azərbaycanın innovativ inkişafı» mövzusunda seminar keçirilmişdir.
Tədbir iştirakçıları öncə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzmüşlər.
Seminarı rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov açaraq qonaqları salamlamış, seminarın işinə uğurlar arzulamışdır.
Seminarda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərovun «Azərbaycanın innovativ inkişafı: ölkənin nailiyyətləri beynəlxalq təşkilatların hesabatlarında», Dövlət İdarəçilik Akademiyasının elmi təşkilat şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Rəcəb Rəhimlinin «Dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsində innovativ metodların tətbiqi» mövzularında məruzələri dinlənilmişdir.
Seminarda Siyasi Araşdırmalar İnstitutunun direktoru, millət vəkili, professor Elman Nəsirov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təmsilçisi Cahangir Hacıyev çıxış etmişlər.