Şriftin ölçüsü :

Saytın rəngi :

Pambıqçılıq inkişaf etdirilməlidir

04 aprel 2016 | 16:00

Aprelin 4-də rayon Mədəniyyət Mərkəzində yanvarın 26-da «Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda qaldırılan tələblərlə bağlı növbəti müşavirə keçirilmişdir.
Müşavirədə rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov, RİHB aparatının məsul işçiləri,  RİHB-nin inzibati ərazi dairəsi üzrə nümayəndələri, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri, şirkət təmsilçiləri, ictimaiyyətin nümayəndələri iştirak etmişlər. Aprelin 1-dən 2-nə keçən gecə Azərbaycanın müstəqilliyi uğrunda həlak olmuş hərbi qulluqçuların, o cümlədən Çiçəkli kəndindən Rizvan Telman oğlu Muradovun xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.Nazim İsmayılov müşavirədə çıxış edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev  yanvar konfransında ölkəmizdə aqrar sektorun inkişaf etdirilməsini iqtisadiyyatın şaxələndirilməsinin prioritet istiqamətlərindən biri olduğunu qeyd etmişdir. Respublikamızda bu sahədə bir çox tədbirlər həyata keçirilmişdir. Aqrar sahənin inkişaf etdirilməsi üçün digər tədbirlər də görülməkdədir.
Rayonumuzda aqrar sektorun inkişaf etdirilməsi üçün hər cür şərait vardır. Bunun üçün torpağa sahiblik hissi gücləndirilməlidir. Vaxtilə rayonun ərazisində 35-40 min hektarda pambıq əkilmişdir. Elə il olmuşdur ki, 112 min ton pambıq istehsal edilmişdir. «Ağ qızıl»ın əvvəlki şöhrəti qaytarılmalıdır. Dövlət başçısının pambıqçılığın inkişafı ilə bağlı xüsusi tapşırığı vardır. Pambıqçılığa hər cür maliyyə yardımı ediləcəkdir. Buna görə də biz ölkə rəhbərinin tapşırığını yerinə yetirməliyik. Boş qalan sahələrə pambıq əkilməlidir. Bunun üçün aqrotexniki tədbirlər vaxtında tələb olunan qaydada həyata keçirilməlidir. Texnikadan maksimum istifadə edilməli, çiyid səpini qısa müddətdə başa çatdırılmalıdır.
Sonra rayon rəhbəri pambıqçılığın perspektiv inkişafından danışmış, «ağ qızıl»ın təkcə xammal kimi deyil, digər istehsal imkanları olduğunu vurğulamışdır. Nazim İsmayılov eyni zamanda baramaçılığın inkişaf etdirilməsi üçün qarşıda duran vəzifələrdən də danışmışdır. Qeyd etmişdir ki, aqrar sektorun inkişaf etdirilməsi əhalinin məşğulluğunu təmin edəcək, işsizlik problemini aradan qaldıracaqdır.
Müşavirədə ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, aidiyyəti təşkilatlar, şirkət təmsilçiləri görülmüş, görüləcək işlərdən danışmışlar.
Rayon rəhbəri aidiyyəti şirkət və xidmət təşkilatlarına tapşırıq və tövsiyələrini vermişdir.

Keçidlər