Salmanlı kəndinə təbii qaz verildi
17 mart 2016-cı il tarixdə rayonun Salmanlı kəndinə təbii qaz verilmişdir. Bu münasibətlə kəndin mərkəzində yığıncaq keçirilmişdir. Mərasimi giriş sözü ilə rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov açaraq təbii qazın verilməsi münasibətilə Salmanlı kəndinin sakinlərini təbrik etmiş, onlara xoş arzularını çatdırmışdır. Natiq eyni zamanda bildirmişdir ki, mavi qaın verilməsi Novruz bayramı ərəfəsinə təsadüf edir. Həsən Həsənov qarşıdan gələn bu bayram münasibətilə də mərasim iştirakçılarını təbrik etmişdir.
Salyan rayon Regional Qaz İdarəsinin rəisi Kamil İsayev çıxış edərək qaz xəttinin çəklişi ilə əlaqədar görülmüş işlərdən danışmışdır.
Salmanlı kənd sakinləri Əlisəfa Kərimov və Fazilə Əliyeva çıxış edərək göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə, rayon rəhbərlərinə, habelə qazın çəklişində xidmətləri olanlara minnətdarlıqlarını bildirmişlər.
Qazın gəlişini bildirən məşəl alovlandırılmışdır. Mərasim iştirakçıları Salmanlı kənd sakini Azad Əliyevin evində təbii qazın verilməsi münasibətilə ailənin sevincinə şərik olmuşlar.