Sabirabadda Novruzqabağı bayram yarmarkası təşkil olunmuşdur
Yurdumuza xoş ətirli, təravətli bahar gəldi. Baharın ilk günü olan Novruz xalqımızın ən əziz, ən sevimli bayramıdır. Bayramı xoş əhval-ruhiyyə ilə, süfrədə bol nemətlə keçirmək hər birimizin arzusu idi.Bütün bunları nəzərə alaraq martın 17-də rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə şəhərimizdəki 20 Yanvar küçəsində novruzqabağı bayram yarmarkası təşkil olunmuşdur. Yarmarkada ərzaq, gündəlik tələbat malları, çərəzlər, şirniyyat və s. məhsullar satışa çıxarılmışdı. Burada qiymətlər bazardakından və digər ticarət şəbəkələrindən həm ucuz idi, həm də keyfiyyətli. Bir sözlə, yarmarkadakı qiymətlər əhalini qane edirdi. Bunu yarmarkada bazarlıq edənlərin simalarından da hiss etmək olurdu. Yarmarkada bazarlıq edən adamlar buranı gülərüzlə, məmnunluqla və razılıqla tərk edirdilər.
Bayram yarmarkasında rayon İcra Hakimiyyətinin başçısı cənab Nazim İsmayılov da olmuş, burada satışa çıxarılan malların qiyməti və keyfiyyəti ilə maraqlanmışdır.