Sabirabad məktəbliləri «Ölkəmizi tanıyaq» devizi altında maarifləndirici tur-aksiyada iştirak edirlər
Milli mədəniyyətimizin, adət-ənənələrimizin, müstəqillik illərində əldə olunmuş nailiyyətlərimizin dərindən öyrənilməsi məqsədilə müxtəlif şəhər və rayonlarda yaşayan gənclərin digər bölgələrəsəyahətinin təşkilinə dair Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən 16 mart 2016-cı il tarixdə Sabirabad rayonundan 40 nəfər IX-XI sinif şagirdi Gəncə bölgəsinə yola salındılar. Onlar bu bölgənin görməli yerləri, mədəniyyət abidələri, yerli adət-ənənələri ilə tanış olacaqlar.
Yolasalma mərasimində çıxış edən Sabirabad rayon İcra Hakimiyyətinin birinci müavini Həsən Həsənov məktəblilərə səyahət zamanı böllgənin tarixini dərindən öyrənməyi tövsiyə edərək onlara uğurlar arzulamışdır. Məktəbliləri yola salan valideyn və müəllimlər onlara mənalı istirahət, zəngin təəssürat arzulamışlar.