Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayon Mədəniyyət Mərkəzində “Multikulturalizm” ili çərçivəsində dəyirmi masa keçirilmişdir

10 mart 2016 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2016- cı il “Multikulturalizm” ili elan edilmişdir. Bu münasibətlə 10 mart 2016 -cı il tarixdə  rayon Mədəniyyət Mərkəzində “Milli mənəvi dəyərlərin qorunması” mövzusunda “dəyirmi masa” keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyətinin məsul işçiləri, mətbuat təmsilçiləri, gənclərin nüməyəndələri, müxtəlif icma və ictimai təşkilatların sədrləri iştirak etmişlər.
“Dəyirmi masa”da keçən müzakirədə  YAP Sabirabad rayon təşkilatının sədri Nadir Quliyev, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Sabirabad rayon şöbəsinin sədri Faiq Hüseynov, rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdirinin müavini, dini qurumlarla işinin təşkilatçısı Mirzağa Hümbətov, Qafqaz Müsəlmanları İdarəsinin rayondakı nümayəndəsi Ağakərim Sadıqov, rayon axundunun müavini Yusif Bağırov, rus icmasının Sabirabad üzrə nümayəndəsi Aleksandr Qluxov, Bulaqlı kəndində dini icmanın rəhbəri Rüfət Utarov, “Gənclərin Sosial Tərəfdaşlığı Mərkəzi” İctimai Birliyi Gənclər Təşkilatının rəhbəri Vüsal Əhmədov, “ASAN xidmət” könüllüsü Elgün Hüseynov və başqaları iştirak etmişlər.
Açıq diskussiya şəraitində keçən “dəyirmi masa”da rayon İcra Hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Şahnaz Babayeva iştirak və çıxış etmişdir.

Keçidlər