ATƏT-in təşkilatçılığı ilə Sabirabadda tədbir keçirilmişdir
19 avqust 2011-ci il tarixdə ATƏT-in Bakı Ofisinin və Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Sabirabad rayonunda «Məişət zorakılığının qarşısının alınması və profilaktikasında icmaların rolu» mövzusunda dəyirmi masa keçirilmişdir.
Tədbirdə Sabirabad, Saatlı, Salyan, Hacıqabul, İmişli, Kürdəmir və Şirvandan hüquq mühafizə orqanlarının, bələdiyyələrin, qeyri-hökumət təşkilatlarının, vətəndaş cəmiyyətlərinin, ağsaqqaların təmsilçiləri iştirak etmişlər.
Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov giriş sözü ilə tədbiri açaraq qonaqları və iştirakçıları salamlamışdır. Mövzunun aktuallığından danışan icra başçısı, dövlət müstəqilliyi dövründə ölkəmizdə qadın və uşaq məsələlərinə daim önəm verildiüini bildirmiş, dövlət başçısının sərəncamı ilə 2009-cu ilin «Uşaq ili» elan olunduğunu, 2006-cı ildə Prezidentin fərmanı ilə Ailə, Qadın və Uşaq məsələləri üzrə Dövlət Komitəsinin yaradıldığını və 2010-cu ildə «Məişət zorkılığının qarşısının alınması haqqında» Qanunun qəbul edildiyini xüsusi vurğulamışdır.
Sonra söz ATƏT-in Bakı Ofisinin Demokratikləşmə şöbəsinin rəhbəri Jaklin Karpenterə verilmişdir. O, məişət zoakılığı ilə mübarizə sahəsində Azərbaycan hökumətinin siyasətindən danışmış, «Məişət zorakılığının qarşısının alınması haqqında» Qanunun əhəmiyyətini qeyd etmişdir.
Ailə, Qadın və Uşaq məsələləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova iştirakçılara məişət zorkılığının qarşısının alınması istiqamətində ölkəmizdə aparılan işlərdən, bu sahədə mövcud problemlərdən ətraflı danışmışdır. Komitənin Hüquqi Təminat şöbəsinin müdiri Taliyə İbrahimova məişət zarakılğı anlayışını geniş izah etmişdir.
Axırda mövzu ətrafında müzakirələr olmuş, dinləyicilər öz fikir və mülahizələrini bildirmişlər.