Şriftin ölçüsü :

Saytın rəngi :

İnsanların təhlükəsizliyinin təmin olunmasında birgə fəaliyyətin rolu

09 mart 2016 | 16:00

Martın 9-da Sabirabad rayon İcra Hakimiyyətinin iclas zalında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi tərəfindən “İnsanların təhlükəsizliyinin təmin olunmasında fövqəladə hallar, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusunda müşavirə keçirilmişdir. Müşavirədə Muğan Regional Mərkəzinin məsul əməkdaşları, rayonumuzdakı idarə, müəssisə və təşkilatların təmsilçiləri,  ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, məktəb direktorları və rayon fövqəladə hallar komissiyasının üzvləri iştirak etmişlər.
Müşavirədə kapitan  Vüqar Miri , daxili xidmət polkovnik- leytenantı Vüqar Dadaşov, sektor müdiri Süleyman Babayev və başqaları çıxış etmişlər. Müşavirədə slaydlar nümayiş olunmuş, tədbir iştirakçılarını maraqlandırılan suallara cavab verilmişdir.
Tədbirdə rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri Həsən Həsənov iştirak və çıxış etmişdir.

Keçidlər