Muğan Gəncəli kəndinə təbii qaz verilmişdir
Martın 4-də rayonumuzun daha bir yaşayış məntəqəsi olan Muğan Gəncəli kəndinə də təbii qaz verilmişdir. Təbii qazın verilməsi münasibətilə burada mərasim keçirilmişdir. Mərasimi giriş sözü ilə rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov açaraq kənd sakinlərini təbrik etmişdir. Salyan rayon Regional Qaz İdarəsinin rəisi Kamil İsayev çıxış etmiş və bildirmişdir ki, rayonun kəndlərinə qaz çəkilişi getdikcə sürətlənir. Ardıcıl olaraq digər kəndlərə də təbii qaz veriləcəkdir.
Təqaüdçü Rahil Məmmədov çıxış edərək sakinlər adından ölkə başçısına, təbii qaz çəkilişində əməyi olanlara öz minnətdarlıq və razılığını bildirmişdir.
Sonra kənd ağsaqqalları ilə birlikdə qazın açılışını bildirən məşəli alovlandırılmışdır.