Rabitə və Yüksək Texnologiyalar Naziri Ramin Quluzadə Sabirabadda vətəndaşları qəbul etmişdir
Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq martın 4-də Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Sabirabad şəhərində vətəndaşların qəbulunu keçirmişdir.
Qəbuldan öncə cənab nazir Ramin Quluzadə və rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov ulu öndər Heydər Əliyevin şəhərimizin Mərkəzi meydanındakı abidəsini ziyarət etmiş, önünə gül dəstələri düzmüşlər.
Cənab Ramin Quluzadə həmin gün şəhərimizdəki Heydər Əliyev Mərkəzində Sabirabad, Hacıqabul, Saatlı rayonlarından və Şirvan şəhərindən olan vətəndaşları qəbul etmişdir. Qəbulda vətəndaşlar tərəfindən əsasən əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətləri, işə qəbul və digər məsələlərlə bağlı müraciətlər olmuşdur. Qaldırılan problemlərin əksəriyyəti yerindəcə həllini tapmışdır.
Nazir Ramin Quluzadə digər məsələlərin həlli ilə bağlı müvafiq strukturların rəhbərlərinə lazımi tapşırıqlar vermişdir.