Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami kəndinə təbii qaz verilmişdir

20 fevral 2016 | 16:00

Fevralın 20-də Nizami kəndində təbii qazın verilməsi münasibətilə tədbir keçirilmişdir. Mərasimi giriş sözü ilə rayon İcra Hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vahid Həsənov açmışdır. O, təbii qazın verillməsi münasibətilə rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılovun və öz adından kənd sakinlərini təbrik etmişdir. Natiq çıxışında vurğulamışdır ki, bu işlər davamlı olacaqdır. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və təşəbbüsü ilə əhalinin həyat səviyyəsinin yüksəldilməsinə yönəldilmiş layihələr, o cümlədən qaz, elektrik, yol və s. infrastrukturlar uğurla həyata keçirilir. Nizami kəndində də bu istiqamətdə xeyli iş görülmüşdür.
Salyan Regional Qaz İstismarı idarəsinin rəisi Kamil İsayev çıxış edərək bildirmişdir ki, Sabirabadın kəndlərinə qaz çəkilişi getdikcə sürətlənir. Ardıcıl olaraq digər kəndlərə də təbii qaz veriləcəkdir.
Kənd ictimaiyyəti adından Mehdi Məlikov və Əlipənah Babayev çıxış edərək göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə, qazın çəkilişində xidmətləri olanlara minnətdarlıqlarını bildirmişlər.
Təbii qazın rəmzi məşəli kənd sakinlərinin alqış sədaları altında alovlandırılmışdır.
Mərasim iştirakçıları kənd sakini Zeynəb Əzizovanın evində qaz cihazını yandıraraq ailənin sevincinə şərik olmuşlar.

Keçidlər