Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda “Dini radikalizm və onun fəsadları” mövzusunda tədbir keçirilib

16 fevral 2016 | 16:00

Ölkəmizdə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək, dini icmalara maliyyə yardımı göstərmək məqsədilə bölgələrdə tədbirlər keçirilir. Fevralın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin maliyyə dəstəyi ilə Sabirabad rayonunun Bulaqlı kənd məscidi dini icmasında “Dini radikalizm və onun fəsadları” mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbə müdiri vəzifəsini icra edən Cavanşir Bəhrəmov, DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Ələkbər Quliyev, Bulaqlı kənd məscidi dini icmasının sədri Rüfət Utarov, Qafqaz Müsəlmanları İdarəsinin Sabirabad rayonu üzrə səlahiyyətli nümayəndəsi Ağakərim Sadıqov, Sabirabad rayonu İcra Hakimiyyəti başçısının Bulaqlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Zülfəli Musayev,  icma üzvləri,  dindarlar və  ziyalılar iştirak etmişlər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Cavanşir Bəhrəmov çıxışında qeyd etmişdir ki, xalqımızın zəngin tolerantlıq ənənələrinin qorunub daha da inkişaf etdirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Natiq islam dinini radikalizmə sürükləmək və terrorla əlaqələndirmək meyillərinin artmasından danışarkən dini maarifləndirmə işinin vacibliyini vurğulamışdır.
Qafqaz Müsəmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Ağakərim Sadıqov çıxışı zamanı milli-mənəvi dəyərlərə dövlət səviyyəsində yüksək qayğının göstərildiyini vurğulamış, dövlət başçısının dini icmalara dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı maliyyə yardımının ayrılması barədə Sərəncamını dövlətin dinə olan növbəti qayğısı kimi qiymətləndirmişdir.
Daha sonra çıxış edən natiqlər dini icmaların fəaliyyətinə göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təşəkkürlərini bildirmişlər.

Keçidlər