Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda tələbələrlə görüş keçirilib

06 sentyabr 2011 | 15:00

Yeni dərs ili ərəfəsində 6 sentyabr 2011-ci il tarixdə Sabirabad rayonunda bu il ali məktəblərə daxil olan tələbələrlə görüş keçirilmişdir. Təhsil işçiləri və tələbələr əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş və abidə önünə tər güllər qoymuşlar.
Tədbirə bu il tələbə adını alanlarla yanaşı rayonun hüquq mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, təhsil işçiləri və təhsil əlaçıları dəvət olunmuşdular.
Görüşü Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov açaraq ölkədə aparılan təhsil islahatlarından, ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi təhsilin inkişaf konsepsiyasından, ölkə Prezidenti cənab İlham Əliyevin təhsilə və təhsil işçilərinə gündəlik diqqət və qayğısından, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu sahəyə göstərdiyi əvəzsiz xidmətlərdən ətraflı danışdı. Möhtərəm Prezidentimiz İlham Əliyevin sözü real işlərlə tamamlanır deyən N.İsmayılov dövlət başçısının son üç ayda Sabirabadın sosial-iqtisadi inkişafını sürətləndirmək məqsədilə dörd sərəncam verdiyini xüsusi vurğuladı. Bu gün rayonda gedən böyük quruculuq və abadlıq işlərinə görə ölkə rəhbərinə sabirabadlılar adından minnətdarlığını ifadə etdi. İcra başçısı təhsildə əldə edilən uğurları bu sahəyə diqqət və qayğının bariz nümunəsi olduğunu bildirdi, tələbə adı qazananları təbrik etdi, Prezident təqaüdünə layiq görülmüş Türkan Məmmədliyə və Sarvan Şərifova ən xoş arzularını çatdırdı.
Rayon Təhsil şöbəsinin müdiri Elman Bünyadov bu il qəbul imtahanlarında yüksək nəticələr əldə edildiyindən danışdı. 203 nəfər məzunun ali məktəblərə daxiil olduğunu, onlardan 28 nəfərinin 500-dən yuxarı, 9 nəfərin 600-dən yuxarı bal topladıqlarını, iki nəfərin Prezident təqaüdünə layiq görüldüyünü bildirdi və bu nailliyyətlərin qazanılmasında rayon rəhbərliyinin də böyük rolunu qeyd etdi.
N.Gəncəvi adına 5 saylı şəhər tam orta məktəbin məzunu Prezident təqaüdçüsü 682 balla ADTU-ya daxil olan Türkan Məmmədli, 7 saylı şəhər tam orta məktəbin Gümüş meddallı məzunu 581 balla ADTU-nə daxil olan Leyla Ağazadə çıxış edərək onların təhsil alması üçün yaradılan hər cür şəraitə görə ölkə Prezidentinə bu ilki tələbələr adından təşəkkür və razılıqlarını bildirdilər, əmin etdilər ki, onlar bundan sonra da əla təhsilləri ilə dövlətə və rayona həmişə baş ucalığı gətirəcəklər.
N. Gəncəvi adına 5 saylı şəhər tam orta məktəbin direktoru Bilal Əhmədov, valideyin Cavid Şükürov və Ziyalılar Cəmiyyəti rayon təşkilatının sədri Böyükağa Həmidov tələbələri və təhsil işçilərini təbrik eitdilər. Bu təbrikdən rayon rəhbəri kimi N.İsmayılova da xüsusi pay düşdüyünü deyən B.Həmidov son vaxtlar rayonda yaradılan böyük işgüzarlıq ab-havasına və abadlıq-quruculuq işlərinə, xüsusilə təhsilə diqqətinə görə ona camaatın razılığını çatdırdı.
Sonra yüksək balla tələbə adını qazanmış məzunlara Sabirabad RİH-nın fəxri-fərmanları və pul mükafatları təqdim olundu və onlarla xatirə şəkili çəkdirildi.
 

Keçidlər