Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda əlil uşaqlar üçün Yeni il şənliyi təşkil edilmişdir.

25 dekabr 2015 | 16:00

25 dekabr 2015-ci ildə Gənclər və idman idarəsi və Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə rayon Mədəniyyət mərkəzində əlil uşaqlar üçün Yeni il şənliyi təşkil edilmişdir. Yeni il şənliyində 200 nəfərə yaxın əlil və valideyn himayəsindən məhrum olmuş uşaqlar iştirak etmişdir.
Şənlikdə rayon Gənclər və idman idarəsinin rəisi Nadir Quliyev çıxış edərək uşaqları təbrik etmiş və onlara göstərilən dövlət qayğısından danışmışdır. Sonra  nağıl qəhramanlarının iştirakı ilə əyləncəli şənlik keçirilmişdir.
Rayon Gənclər və idman idarəsi tərəfindən hər bir əlil uşağa yeni il hədiyyəsi təqdim olunmuşdur.

Keçidlər