Şriftin ölçüsü :

Saytın rəngi :

Dünya tarixinin parlaq siması

10 dekabr 2015 | 16:00

Xalqımızın ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar respublikamızın hər yerində olduğu kimi, rayonumuzda da geniş tədbirlər keçirilmişdir. Həmin tədbirlərdə ulu öndərin Azərbaycan dövlətçilik tarixindəki möhtəşəm fəaliyyətindən ətraflı söhbət açılmışdır. Eyni zamanda ümumtəhsil məktəbləri şagirdlərinin əl işlərindən ibarət rəsm sərgiləri təşkil olunmuş, müsabiqələr keçirilmişdir.
Dekabrın 10-da rayon İcra Hakimiyyətinin başçısı cənab Nazim İsmayılov başda olmaqla hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin, ictimaiyyətin nümayəndələrinin iştirakı ilə sərgiyə baxış keçirilmişdir. Sərgidə və şeir müsabiqəsində fərqlənən şagirdlər mükafatlandırılmışlar.
Tədbirin rəsmi hissəsi Heydər Əliyev Mərkəzinin iclas zalında davam etdirilmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Nazim İsmayılov tədbirdə geniş nitq söyləmişdir. Bildirmişdir ki, artıq 12 ildir  təkcə Azərbaycanın deyil, həmçinin dünya tarixinə daxil olmuş şəxsiyyətlərdən olan xalqımızın ümummilli lideri Heydər Əliyev əbədiyyətə qovuşmuşdur. 12 il bundan əvvəl ulu öndərin dünyasını dəyişməsi Azərbaycan xalqını sarsıtdı. Biz fəxr edirik ki, adı dünya tarixinə düşmüş dahi şəxsiyyət  Heydər Əliyev vardır. Ümummilli lider Heydər Əliyev qəlbini canından çox sevdiyi xalqımızın səadəti uğrunda məşəl kimi yandıraraq insanların yollarına nur çilədi. Bu yolda alovlu mübarizələrdən, çətin sınaqlardan məharətlə keçdi. Həyatın ağır sınaqlarından alnıaçıq, uğurla çıxdı. Ulu öndər Heydər Əliyev vətənpərvərliyi, humanistliyi, şəxsiyyəti və siyasi qüdrətilə Azərbaycan xalqının milli sərvətinə çevrilmişdir. Onun dünyanı gəzən şöhrəti, siyasi fəaliyyəti, Vətəninə, xalqına təmənnasız xidməti güclü bir məktəb, tükənməz xəzinədir.
Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi yolu, strateji inkişaf kursunu bu gün onun layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyev böyük əzmlə davam etdirir. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə hələ çox böyük uğurlara imza atacağıq.
Tədbirdə N. Gəncəvi adına 5 saylı şəhər tam orta məktəbinin şagirdi Sadiq Cəfər  ulu öndərə həsr olunmuş şeir söyləmişdir.

Keçidlər