Şriftin ölçüsü :

Saytın rəngi :

Cavad və Əsgərbəyli kəndlərində təbii qazın açılışı.

30 noyabr 2015 | 16:00

Rayonumuzda qazlaşma işləri sürətlə gedir. Noyabrın sonuncu günündə Cavad və Əsgərbəyli kəndlərindədə qaz çəkilişi başa çatmışdır. Təbii qazın verilişi sakinlərin qalblərinə sevinclə bərabar hərarətdə gətirdi.
Noyabrın 30-da Cavad kəndində təbii qazın verilməsi münasibəti ilə açılış keçirilmişdir. Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənovun, hüquq-mühafizə orqanlarının, idarə, müəsisə və təşkilatların rəhbərlərinində qatıldıqları mərasimdə Cavad və Əsgərbəyli kəndlərinin sakinləri, ağsaqqalları, ziyalıları iştirak etmişlər.
Mərasimi rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov açaraq öncə kənd sakinlərini bu əlamətdar hadisə münasibəti ilə təbrik etmişdir. Artıq 46 kəndə təbii qazın verilməsi təmin olunmuşdur. 5 kənddə son tamamlama işləri görülür. 14 kənddə isə işlər sürətlə davam etdirilir.
O, eyni zamanda qeyd etmişdir ki, Cavad kəndinə 55.6 km ,Əsgərbəyli kəndinə isə 28 km uzunluğunda  qaz xətti çəkilmişdir.
Əsgərbəyli kənd sakini Qəzənfər Şirinov, Cavad kənd sakini Vahid Kərimov çıxış edərək göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə , rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılova minnətdarlıq duyğularını ifadə etmişdir.

Keçidlər