Milli Məclisin Aqrar siyasət komissiyasının üzvləri Sabirabadda olmuşlar
2011-ci il sentyabrın 28-də Milli Məclisin Aqrar siyasət komissiyasının üzvləri və qanunu hazırlayan ekspert qrupu komissiyanın sədri Eldar İbrahimov başda olmaqla Sabirabad rayonunun Çölbeşdəli və Axısxa kəndlərində təşkil edilmiş istesal kooperativlərının üzvləri ilə görüşmüşlər.
Hər iki tədbiri Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov açaraq millət vəkillərini salamlamış və görüşün əhəmiyyətindən danışmışdır. 1996-cı ildə Ulu öndərimiz Heydər Əliyev tərəfindən həyata keçirilmiş aqrar islahatlardan geniş söhbət açan N.İsmayılov hazırlanan «Koopetivlər haqqında» qanunun mükəmməl olması üçün bu görüşlərin çox faydalı olacağını bildirmişdir.
Aqrar siyasət komissiyasının sədri Eldar İbrahimov çıxış edərək əsas məqsədlərinin Milli Məclisdə ilk oxunuşdan keçmiş «Kooperativlər haqqında» qanunun daha işlək və faydalı olması üçün yenicə yaranmış kooperativ üzvlərinin fikir və mülahizələrini öyrənməkdən ibarət olduğunu demişdir. Qanun lahiyəsi barədə geniş məlumat verən komissiya sədri gələcəkdə kənd təssərüfatının inkişafında kooperativlərın böyük əhəmiyyət kəsb edəcəyini xüsusi vurğulamışdır.
Sonra geniş fikir mübadiləsi olmuşdur. Axısxa istehsal kooperativının sədri Hətəmşah Məcidov mövcud çətinliklərdən danışmışdır. Rəhbərlik etdiyi içtimai təsərrüfatda 71 ailənin birləşdiyini və 307 hektar əkin sahəsinin olduğunu deyən H.Məcidov, torpağın melorativ cəhətdən yaxşılaşdırılması, keyfiyyətli toxumun əldə olunması, istehsal edilmiş məhsulların bazara çıxarılması, emal müəssisələrinin yaradılması sahəsində qarşılaşdıqları problemlədən danışmışdır.
Çölbeşdəli kənd istehsal koopertivının sədri İlyas Nağdəliyev öhdələrində 450 hektar torpaq sahəsinin olduğunu və yüksək məhsuldarlığa nail olmaq üçün kooperativə maliyyə dəstəyinin vacibliyini qeyd etmişdir.
Kənd sakinləri Teymurbəy Seyidov, Murad Coşqunov söz alaraq uzun illər rahat yol üzünə həsrət qaldıqlarından, dövlət başçısının tapşırığı ilə iki ay öncə onların kəndlərinə də asfalt yol çəkildiyindən iftixarla söz açmış, bütün bunlara və həmçinin Sabirabadı böyük abadlıq və quruculuq meydanına çevirdiyinə görə əhali adından ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə etmişlər. Onlar rayonda yeni işgüzarlıq əhval-ruhiyyəsi yaratdığına görə yeni rəhbərliyə də razılıqlarını çatdırmışlar.