Ədliyyə Naziri Fikrət Məmmədov Sabirabadda vətəndaşların qəbulunu keçirmişdir.
Azərbaycan Respubllikasının Prezidenti cənab İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara yüksək səviyyədə xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə diqqətlə və həssaslıqla yanaşılması, bu zaman ədalət prinsipinin tam təmin olunması ilə bağlı tapşırıqları daim diqqətdə saxlanılır, bu məqsədlə vətəndaşların bölgələrdə qəbulu davam etdirilir.
Noyabrın 25-də ədliyyə naziri Fikrət Məmmədov rayonumuzdakı Heydər Əliyev Mərkəzində Sabirabad, Saatlı və İmişli rayonlarından olan vətəndaşların qəbulunu keçirmişdir. Qəbuldan əvvək Ədliyyə naziri Fikrət Məmmədov və rayon icra hakimiyyətinin başçısı Nazim İsmayılov ümummilli Lider Heydər Əliyevin şəhərimizin Mərkəzi meydanındakı abidəsini ziyarət edərək önünə gül dəstələri qoymuşlar.
Qəbul zamanı həmçinin ədliyyə və məhkəmə fəaliyyətinə aid olmayan digər məsələlərlə əlaqədar müraciətlərə baxılmış onların araşdırılması üçün aidiyatı üzrə göndərilməsi təmin olunmuşdur.
Ədliyyə naziri Fikrət Məmmədov eyni zamanda yerli məhkəmə və ədliyyə orqanlarının, o cümlədən Sabirabad regional “Asan xidmət” mərkəzində yerləşən ədliyyə təsisatlarının fəaliyyəti ilə və iş şəraiti ilə tanış olmuşdur. Nazir hakimlər və ədliyyə işçiləri ilə görüşdə olkə Prezidenti cənab İlham Əliyevin bu yaxınlarda Şəki Məhkəmə Kompleksinin açılışında keçirdiyi müşavirədə korropsiyaya şərait yaradan halların aradan qaldırılması,şəffaflığın aradan, qərarların ədalətliliyinin təmin edilməsi, eləcədə qərəzli yanaşmanın yol verilməzliyini, vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması, insanlara yüksək səviyyədə xidmət göstərilməsi, etik-davranış qaydalarına ciddi riayət olunması ilə bağlı tələblərini bir daha diqqətə çatdırmış, tövsiyyə və tapşırıqlarını vermişdir.