Şriftin ölçüsü :

Saytın rəngi :

Qaragüney və Qaraağac kəndlərinə verilən təbi qazın açılışı

21 noyabr 2015 | 16:00

Noyabrın 21-də rayonumuzun qaragüney və Qarağac kəndlərinə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilmişdir. Qaragüney kənd inzibati ərazi nümayəndələrinin qarşısında keçirilən açılış mərasimində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Prezidenti (SOKAR) Rövnəq Abdullayev, şirkət rəhbərliyinin təmsilçiləri, rayon İcra Hakimiyyətinin, “Azərqaz” İstehsalat Birliyinin və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Həsən Həsənov açmışdır.
SOCAR prezidenti Rövnəq Abdullayevə  məlumat vermişdir ki, Qaragüney və Qaraağac kəndlərinin qazlaşdırılması üçün birpilləli sistem əsasında müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, sayğaclar və fərdi tənximləyici quraşdırılmışdır.
Tədbirdə çıxış edən SOKAR prezidenti Rövnəq Abdullayev bu əlamətdar hadisə münasibəti ilə kənd sakinlərini təbrik etmiş, son illər ölkənin hər yerində qaz təhcizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülmüş məqsədyönlü tədbirlərdən danışmışdır. Qeyd etmişdir ki, təbii qaz almayan yaşayış məntəqələrin sürətlə mavi yanacaqla təmin olunması xalqımızın rifah halının daha da yaxşılaşmasına xidmət edir. Respublikanın qazlaşdırılması sahəsində həyata keçirilən işlər bundan sonra da davam etdiriləcəkdir.

Keçidlər