Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonumuzun 5 kəndinə də təbii qaz verildi

29 oktyabr 2015 | 16:00

Rayonumuzun ərazisində qazlaşma prosesi uğurla davam etdirilir. Bir-birinin ardınca kəndlərimizdə «mavi alov» şölələnir. Yaxa Dəllək, Beşdəli, Xankeçən, Axtaçı və Həsənli  kəndləri də   mavi yanacaqla təmin edilmişdir.
Oktyabrın 29-da Yaxa Dəllək kəndində böyük izdiham var idi. Həmin gün 5 kəndə təbii qazın verilməsi münasibətilə açılış mərasimi keçirilirdi. Tədbirə toplaşanların üzlərindən sevinc və fərəh hissi duyulurdu. Mərasimdə hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ziyalılar, ağsaqqallar, kənd sakinləri iştirak etmişlər.
Mərasimi giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı cənab Nazim İsmayılov açaraq  təbii qazın verilməsi münasibətilə  kənd sakinlərini təbrik etmiş, onlara xoş arzularını çatdırmışdır.
Rayon rəhbəri bildirmişdir ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında məmləkətimiz sürətlə inkişaf edir. İnkişaf prosesi regionlarda da yüksək templə gedir. Bu gün kəndlərin qazlaşdırılması da həyata keçirilən tikinti-quruculuq işlərinin tərkib hissəsidir. 2013-cü il avqustun 29-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sabirabad rayonuna səfərinə kimi 8 yaşayış məntəqəsi qazla təchiz olunmuşdu. Şəhərin yalnız 80 faizi qazlaşdırılmışdı. Həmin dövrdən indiyədək keçən müddət ərzində rayon mərkəzi tamamilə qazlaşdırılmış, bundan başqa 42 kəndə təbii qaz verilmişdir. Təkcə 2015-ci ildə 25 kənd qazla təchiz olunmuşdur. Hazırda 7 kənddə-Cavad, Əlicanlı, Qaragüney, Minbaşı, Qarağac, Şəhriyar, Nizamikənd kəndlərində bu iş yekunlaşmaq üzrədir. 11 kənddə qaz xəttinin çəkilişi uğurla davam etdirilir. 3 kənddə layihələndirmə işləri aparılmışdır. Bir sözlə, digər kəndlər də  təbii qazla təmin olunacaqdır.
Salyan Regional Qaz İstismarı İdarəsinin rəisi Qənimət Səmədov kənd sakinlərini təbrik edərək qazlaşdırma sahəsində görülmüş və görüləcək işlərdən  danışaraq  bildirmişdir ki,  hazırda rayon üzrə qaz abonentlərinin sayı 22 min nəfəri ötmüşdür.
Xankeçən, Həsənli, Yaxa Dəllək, Axtaçı kənd sakinlərindən Nadir Məmmədov, Lazım Hüseynov, Sairə Nəsirova, Cəbrayıl İmranov çıxış edərək  göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə, rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılova, eləcə də qazın çəkilməsində xidmətləri olanlara minnətdarlıqlarını bildirmişlər.
Alqış sədaları altında  məşəl alovlandırılmışdır.
Mərasim iştirakçıları Yaxa Dəllək kənd sakini Hacı Fərhad Yolçuyevin evinə təbii qazın verilməsini müşahidə edərək ailəni bu münasibətlə təbrik etmişlər.

Keçidlər