Şriftin ölçüsü :

Saytın rəngi :

Çığırğan kəndinə də təbbi qaz gəldi

13 oktyabr 2015 | 15:00

Çığırğan  rayonumuzun ucqar kəndlərindəndir. Burada min nəfərə yaxın  əhali yaşayır. Əhalinin sosial şəraitini yaxşılaşdırmaq üçün kənddə bir sıra tədbirlər görülmüşdür. Oktyabrın 13-də kəndə təbii qaz verilmişdir. Bu münasibətlə keçirilən mərasimə hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kənd sakinləri qatılmışlar.
Mərasimi giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı  Nazim İsmayılov  açaraq kənd sakinlərini qazın verilməsi münasibətilə təbrik etmiş, onlara xoş arzularını çatdırmışdır. Rayon rəhbəri eyni zamanda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu siyasəti sayəsində həyata keçirilən tədbirlərdən, sosial problemlərin həlli istiqamətində görülmüş işlərdən, qarşıda duran vəzifələrdən ətraflı danışmışdır.
Salyan rayon Regional Qaz İstismarı İdarəsinin rəisi Qənimət Səmədov kənd sakinlərini təbrik edərək qazlaşdırma sahəsində görülmüş və görüləcək işlərdən danışmışdır. Bildirmişdir ki, hazırda rayon üzrə qaz abonentlərinin sayı 21 min nəfərə çatmışdır. Rayonun kəndlərinə qazın çəkilişi getdikcə sürətlənir. Ardıcıl olaraq digər kəndlərə də təbii qaz veriləcəkdir. O eyni zamanda abonentlərə qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına riayət etmələrini də tövsiyə etmişdir.
Kənd sakinlərindən Sevda Ramazanova və Ağa Əhmədov çıxış edərək göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə, rayon rəhbərliyinə, habelə qazın çəkilişində xidmətləri olan «Azəriqaz» İstehsalat Birliyinin rəhbərlərinə, «Ağdam-2» Tikinti Şirkətinin kollektivinə minnətdarlıqlarını  bildirmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov kənd ağsaqqalları ilə  birlikdə qazın açılışını bildirən məşəli alovlandırmışdır. Kənd sakinləri təbii qazın verilməsi mərasimini sevinc hissi və alqışlarla qarşılamışlar.
Mərasim iştirakçıları kənd sakini İsmayıl Əsədullayevin evinə qazın verilməsini müşahidə edərək ailənin sevincinə şərik olmuşlar.

Keçidlər