Şriftin ölçüsü :

Saytın rəngi :

2023-cü il "Heydər Əliyev İli" çərçivəsində Sabirabadda “Karate-Do” idman növü üzrə rayon birinciliyi keçirilmişdir

29 oktyabr 2023 | 17:49

2023-cü il "Heydər Əliyev İli" çərçivəsində Sabirabad Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə "Zərbə Karate-Do" idman zalında yeniyetmə və gənclər arasında “Karate-Do” idman növü üzrə Sabirabad rayon birinciliyi keçirilmişdir.

Birincilikdə Sabirabad idmançıları ilə yanaşı Şirvan şəhərinin idmançıları da iştirak etmişdir. Yarışa ümumilikdə 40 nəfərdən artıq idmançı qatılmışdır.

Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən birinciliyin yekununda qalib idmançılar diplom və medallarla təltif olunmuşdur.

Keçidlər