Şriftin ölçüsü :

Saytın rəngi :

«Qalx ayağa, Azərbaycan!»

07 oktyabr 2015 | 15:00

Tarix dəfələrlə sübut etmişdir ki, millətin tale məsələsi olan dövlət müstəqilliyini qoruyub saxlamaq onu əldə etməkdən daha çətindir. Tanrı bu neməti  Azərbaycan xalqına «Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir», «Dövlətçilik hər bir şəxsin qəlbində olmalıdır» deyən, 30 ildən artıq bir müddət ərzində Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşıyan, onu bir dövlət və millət kimi tarixin sınaqlarından çıxaran, hələ sağlığında ikən canlı əfsanəyə çevrilən ümummilli liderimiz Heydər Əliyevin əli ilə bağışlamışdır. Torpaq, Vətən, bayraq sevgisini ikinci dəfə hakimiyyətə gəlişi ilə xalqımıza bəxş edən ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi yolu, strateji inkişaf kursunu bu gün onun layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev cənabları böyük əzmlə davam etdirir.
Bütün bunlar haqqında oktyabrın 7-də rayon Mədəniyyət evində «Qalx ayağa, Azərbaycan!» adlı İrəvan Dövlət Azərbaycan Dram Teatrının tamaşasında ətraflı bəhs edilmişdir. Ölkə müstəqillik əldə etdikdən sonra  o dövrün hadisələri xronoloji ardıcıllıqla tamaşaçılara göstərilmişdir.  
Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov başda olmaqla hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyətin nümayəndələri tamaşaya baxmışlar.
Əməkdar mədəniyyət işçisi, şair-dramaturq İftixar Piriyevin  müəllifi və rejissoru olduğu bu  tamaşa  seyrçilər tərəfindən dəfələrlə alqışlarla qarşılanmışdır. Əməkdar artistlər Vaqif Kərimov, Esmiralda Şahbazova, aktyorlardan Əjdər Zeynalov, Əhliman Ərşadov, Niyaməddin Səfərəliyev, Ceyhun Əliyev və başqaları yüksək sənətkarlıq nümayiş etdirmişlər. Onların ifasını tamaşaçılar dəfələrlə ayaq üstə alqışlamışlar.
Sonda rayon İcra Hakimiyyətinin başçısı cənab Nazim İsmayılov səhnəyə qalxaraq çıxış etmişdir. O, Azərbaycanın müstəqilliyi yolunda əldə etdiyi uğurlardan, respublikamızın beynəlxalq aləmdə yüksək nüfuz qazanmasından danışaraq qeyd etmişdir ki, bütün bunlara, iqtisadi tərəqqiyə, əmin-amanlığa  görə Azərbaycanın memarı və qurucusu, ulu öndər Heydər Əliyevə borcluyuq. Ulu öndər Heydər Əliyevin müdrik siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Müstəqilliyimiz əbədi, sarsılmaz və dönməzdir.
Rayon rəhbəri  İrəvan Dövlət Azərbaycan Dram Teatrının yaradıcı kollektivinə minnətdarlığını bildirmişdir.

Keçidlər