Şriftin ölçüsü :

Saytın rəngi :

Poladtuğay kəndinə də təbii qaz verildi

19 sentyabr 2015 | 15:00

Əhalinin rahatlığının təmin edilməsində təbii qazın böyük rolu vardır. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və göstərişi ilə regionlarda qaz təsərrüfatının dünya standartları səviyyəsinə qaldırılması istiqamətində mühüm tədbirlər görülür. Rayonumuzda da bu istiqamətdə mühüm işlər aparılır. Bir-birinin ardınca kəndlərə təbii qaz verilir.
Sentyabrın 19-da Poladtuğay kənd tam orta məktəbinin qarşısında böyük izdiham var idi. Burada bayram əhval-ruhiyyəsi hökm sürürdü. Kənd camaatı sevinc içərisində idi. Məktəbin qarşısında kəndə təbii qazın verilməsi münasibətilə tədbir keçirilirdi.
Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı cənab Nazim İsmayılov açaraq qazın verilməsi münasibətilə kənd sakinlərini təbrik etmiş, onlara xoş arzularını çatdırmışdır. Rayon rəhbəri bildirmişdir ki, qaz kəndə Qurban bayramı ərəfəsində verilir. Qarşıdan gələn Qurban bayramı münasibətilə də hamınızı təbrik edir, firavanlıq, səadət arzulayıram. Nazim İsmayılov çıxışında xüsusilə vurğulamışdır ki, ölkə Prezidenti  cənab İlham Əliyevin rəhbərliyi altında respublikamızın hər yerində olduğu kimi, regionlarda da iqtisadi inkişaf uğurla davam etdirilir. Bu gün kəndlərimizin qazlaşdırılması da həyata keçirilən iqtisadi islahatların tərkib hissəsidir. Bütün bunlar isə əhalinin sosial durumunun yaxşılaşdırılması  deməkdir. İki il bundan əvvəl ölkə Prezidenti cənab İlham Əliyev Sabirabadda olanda rayon mərkəzi 85 faiz qazlaşmışdı. 74 kənddən cəmi 3-nə qaz gəlirdi. Ötən müddət ərzində artıq rayon mərkəzi tam qazlaşdırılmışdır.  Poladtuğay kəndi də daxil olmaqla artıq 35-ci kəndə təbii qaz verilir. 9 kənddə iş yekunlaşmaq üzrədir. 10 kənddə bu iş davam etdirilir. 6 kənddə isə qaz çəkilişinə aid layihələndirmə işləri aparılır. Bir sözlə, digər kəndlərə də qaz veriləcəkdir.
Rayon rəhbəri eyni zamanda möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurlu siyasəti sayəsində həyata keçirilən digər tədbirlərdən, sosial  problemlərin həlli istiqamətində görülmüş işlərdən və qarşıda duran vəzifələrdən də ətraflı danışmışdır.
Salyan rayon Regional Qaz İstismarı İdarəsinin rəis əvəzi Qənimət Səmədov kənd sakinlərini təbrik edərək qazlaşdırma sahəsində görülmüş və görüləcək işlərdən danışaraq bildirmişdir ki, hazırda rayon üzrə qaz abonentlərinin sayı 21 min nəfərə çatmışdır.
Kənd sakinləri adından Füzuli Fərəcov çıxış edərək göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və qazın çəkilişində xidmətləri olanlara minnətdarlığını bildirmişdir.
Alqış sədaları altında məktəbin həyətində «mavi alov» şölələnmişdir.
Sonra mərasim iştirakçıları kənd sakini Validə Yolçuyevanın və onun ailə üzvlərinin sevincinə şərik çıxmışlar.       
Sonda ölkə Prezidenti cənab İlham Əliyevə kənd sakinləri adından minnətdarlıq məktubu ünvanlanmışdır.

Keçidlər