Şriftin ölçüsü :

Saytın rəngi :

Müəllimlərin sentyabr konfransı

10 sentyabr 2015 | 15:00

Sentyabrın 10-da rayon Mədəniyyət evində rayon təhsil işçilərinin ənənəvi konfransı keçirilmişdir.Konfrans iştirakçıları əvvəlcə ulu öndər Heydar Əliyevin mərkəzi meydandakı möhtəşəm abidəsini ziyarət edərək önünə gül dəstələri qoymuşlar.
Rayon təhsil şöbəsinin müdiri Elman Bunyadov  konfransı açıq elan etdikdən sonra Azərbaycan Respubliksaının Dövlət himni səsləndirilmişdir. Elman Bunyadov 2014-2015- ci dərs ilinin yekunları və qarşıda duran vəzifələr mövzusunda məruzə etmişdir. Bildirilmişdir ki, ötən dərs ilində Sabirabad rayonunda 65 tam orta, 15 ümumi orta, 5 ibtidai ümumtəhsil məktəbi, Uşaq-Gənclər İdman məktəbi, Uşaq-Gənclər Şahmat məktəbi fəaliyyət göstərmişdir. Rayonun ümumtəhsil məktəblərində 24390 şagird təhsil almışdır. Bu şagirdlərin təhsili və tərbiyəsi ilə 2688 nəfər pedaqoji işçi məşğul olmuşdur. Müəllimlərimizdən 5 nəfəri respublikanın Əməkdar müəllimi, 9 nəfəri Tərəqqi medalı na layiq görülmüş, 10 nəfəri Qabaqcıl təhsil işçisi dir.
Son 10 ildə rayonda çoxlu sayda yeni məktəb binaları tikilmiş və mövcud binalar təmir olunmuşdur. 2013-cü ildə rayonun mərkəzində M.Ə.Sabir adına 1 saylı şəhər tam orta məktəbinin binası sökülərək yerində müasir standartlara cavab verən layihə əsasında 1200 şagird yerlik məktəb binası tikilmiş və fərəhli haldır ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev məktəbin açılışında iştirak etmişdir.
Bununla yanaşı, dövlət vəsaiti hesabına 6 saylı şəhər tam orta məktəbində əsaslı təmir işləri görülmüş, 200 şagird yerlik əlavə sinif otaqları tikilərək istifadəyə verilmişdir. Qarağac və Kovlar kənd tam orta məktəblərinin binaları əsaslı təmir olunmuşdur. 2014-cü ildə isə Çölbeşdəli kənd tam orta məktəbinin, N.Nərimanov adına 2  saylı məktəb-liseyin və Yastıqobu kənd ümumi orta məktəbinin binaları təmir edilərək istifadəyə verilmişdir. Rayonun yerli büdcəsi vəsaiti daxilində S.Vurğun adına 3 saylı tam orta məktəbində təmir işləri başa çatdırılaraq istifadəyə verilmişdir.
Göstərilənlərlə yanaşı, dövlət vəsaiti hesabına Moranlı kəndində zəruri ehtiyacı nəzərə alınaraq yeni məktəb binasının inşasına başlanılmış, növbəti dərs ilində istifadəyə verilməsi nəzərdə tutulmuşdur.
N.Nərimanov adına 2 saylı şəhər beynəlmiləl təbiət və texniki fənlər təmayüllü məktəb-liseyin direktoru Elşad Şərifov, N.Gəncəvi adına 5 saylı şəhər tam orta məktəbinin məzunu, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi Flora Əhmədzadə, Sosialist Əməyi Qəhrəmanı, Prezident təqaütçüsü Fatma Hüseynova, yüksək balla Tibb Universitetinə daxil olmuş Nurlan Abuşovun valideyni, Azadkənd kənd sakini Gülxar Abuşova, N.Gəncəvi adına 5 saylı şəhər tam orta məktəbinin şagirdi, dərs əlaçısı Lamiyə Süleymanzadə konfransda çıxış etmişlər.
Təhsil Nazirliyinin nümayəndəsi Əhliyət Adıgözəlov çıxış edərək görülmüş işlərdən, nöqsanlardan, çatışmazlıqlardan, problemlərdən, yeniliklərdən, qarşıda duran vəzifələrdən ətraflı danışmışdır.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Nazim İsmayılov konfransda iştirak və çıxış etmişdir. Yükək nəticələr göstərərək ali məktəblərə qəbul olmuş tələbələrdən bir qrupuna fəxri fərman və pul mükafatları verilmişdir. Konfrans iştirakçıları adından Azərbaycan Respubliksaının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunmuşdur.

Keçidlər