Şıx Salahlı kəndinə təbii qaz verildi
Sentyabrın 5–də Şıx Salahlı kənd tam orta məktəbinin həyətində əsl qələbəlik hökm sürürdü. Bayram əhval-ruhiyyəsi var idi. İdarə, müəssisə, təşkilat rəhbərləri, ziyalılar, kənd sakinləri buraya toplaşmışdılar. Bu heç də səbəbsiz deyildi. Həmin gün Şıxsalahlı kəndinə təbii qazın verilməsi münasibətilə tədbir keçirilirdi.
Mərasimi giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı cənab Nazim İsmayılov açaraq qazın verilməsi münasibətilə kənd sakinlərini təbrik etmiş, onlar xoş arzularını çatdırmışdır. Rayon rəhbəri vurğulamışdır ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin hər yerində olduğu kimi, regionlarda da iqtisadi inkişaf uğurla davam etdirilir. Bu gün kəndlərimizin qazlaşdırılması da həyata keçirilən iqtisadi islahatların tərkib hissəsidir. Bütün bunlar isə əhalinin sosial durumunun yaxşılaşdırılmasına stimul verir. Rayonun digər kəndlərində də qazın verilişinə nail olunacaqdır.
Salyan rayon Regional Qaz İstismarı İdarəsinin rəisi Qənimət Səmədov kənd sakinlərini təbrik etdikdən sonra qazlaşma ilə əlaqədar görülmüş və qarşıda duran vəzifələrdən danışmışdır.
Şıx Salahlı kənd sakini Gülyetər Əhmədova kənd sakinləri adından çıxış edərək göstərilən davamlı diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə, eləcə də qazın çəkilməsində xidmətləri olanlara minnətdarlığını bildirmişdir.
Alqış sədaları altında məktəbin həyətində mavi alov şölələnmişdir. Sonra mərasim iştirakçıları kənd sakini Xatirə Binnətovanın mənzilində olmuş, onun və ailə üzvlərinin sevincinə şərik çıxmışlar