Əsədli kəndinə təbii qaz verilmişdir.
Avqustun 14-də rayonumuzun daha bir yaşayış məntəqəsi olan Əsədli kəndinə də təbii qaz verilmişdir. Təbii qazın verilməsi münasibətilə burada açılış mərasimi keçirilmişdir. Mərasimi giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov açaraq kənd sakinlərini təbrik etmişdir. «Azəriqaz» İstehsalat Birliyi ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı İbrahim Kərbalayev çıxış etmiş və bildirmişdir ki, rayonun kəndlərinə qaz çəkilişi getdikcə sürətlənir. Ardıcıl olaraq digər kəndlərə də təbii qaz veriləcəkdir. Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov kənd ağsaqqalları ilə birlikdə qazın açılışını bildirən məşəli alovlandırmışdır. Kənd sakinləri bu mərasimi sevinc hissi və alqışlarla qarşılamışlar.