Şriftin ölçüsü :

Saytın rəngi :

Bulaqlı və Qaratuğay kəndlərinə də təbii qaz verildi

30 iyul 2015 | 15:00

İyulun 30-da  Bulaqlı kəndinin mərkəzində əsl qələbəlik idi. Bayram əhval-ruhiyyəsi hökm sürürdü. İdarə, müəssisə, təşkilat rəhbərləri, ziyalılar, kənd sakinləri buraya toplaşmışdılar. Bu heç də təsadüfi deyildi. Həmin gün Bulaqlı və Qaratuğay kəndlərinə təbii qazın verilməsi münasibətilə tədbir keçirilirdi.
Mərasimi giriş sözü ilə rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov açaraq qazın verilməsi münasibətilə rayon İcra Hakimiyyətinin başçısı cənab Nazim İsmayılovun adından və öz adından kənd sakinlərini təbrik etmiş, onlara xoş arzularını yetirmişdir.
Salyan rayon Regional Qaz İstismarı İdarəsinin rəisi Xəyyam Rzayev çıxış edərək  bildirmişdir ki, artıq rayonun 32 kəndinə qazın verilişi təmin edilmişdir. O, digər kəndlərə qaz xəttinin çəkilişi ilə əlaqədar həyata keçirilən tədbirlərdən də danışmışdır.
Bulaqlı, Qaratoğay kəndlərinin  sakinlərindən Hacı İxtiyar Mehdiyev, Rüfət Əfəndi və Ağasuvar  Hüseynov çıxış edərək göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə, qazın çəkilişində xidmətləri olanlara minnətdarlıqlarını bildirmişlər.
Qazın gəlişini bildirən rəmzi məşəl kənd sakinlərinin alqış sədaları altında alovlandırılmışdır.
Sonra tədbir iştirakçıları Bulaqlı kənd sakini Nasir Cövdətovun evinə getmiş, qazın gəlişini seyr edərək ailənin sevincinə şərik çıxmışlar.

Keçidlər