Şriftin ölçüsü :

Saytın rəngi :

Qadın bələdiyyə üzvləri ilə görüş

27 iyul 2015 | 15:00

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsi və Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının yerli özünüidarəetmə proqramı tərəfindən yerli idarəetmədə təmsil olunan qadınlar üçün dayaq mentorluq layihəsi həyata keçirilir. Layihənin əsas məqsədi qadınların ictimai həyatda iştirakını gücləndirməkdir.
İyulun 27-də layihə çərçivəsində Heydər Əliyev Mərkəzində rayonumuzun bələdiyyə üzvləri üçün «Səmərəli ünsiyyət» mövzusunda seminar keçirilmişdir. Seminarda bələdiyyə üzvləri ilə yanaşı rayonun fəal qadınları da iştirak etmişlər. Layihənin yerli koordinatoru Lüdmila Xəlilova çıxış etmiş, daha sonra seminar iştirakçılarını maraqlandıran suallara cavab vermişdir.
Tədbirdə rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov iştirak və çıxış etmişdir.

Keçidlər