Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda Azərbaycan polisinin yaranmasının 97-ci ildönümü qeyd edilmişdir.

02 iyul 2015 | 15:00

İyulun 2-də səhər tezdən rayon Polis şöbəsinin həyətində düzlənən şəxsi heyəti rayon Polis şöbəsinin rəisi, polis polkovniki Mübariz Quliyev  Azərbaycan polisinin yaranmasının 97-ci ildönümü münasibətilə təbrik etmiş, Dövlət himni səslənmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Nazim İsmayılov başda olmaqla hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların  rəhbərləri, ictimaiyyətin nümayəndələri Qaratəpə kəndinə gələrək burada yenicə inşa edilmiş rayon Polis şöbəsi 3 nömrəli inzibati sahənin polis sahə məntəqəsinin açılışında iştirak etmişlər. Burada qırmızı lent kəsilmiş, müasir avadanlıqlarla təchiz edilmiş sahənin otaqlarına baxış keçirilmişdir.
Polis günü ilə əlaqədar keçirilən tədbir  rayon Polis şöbəsinin inzibati binasında davam etdirilmişdir.
Tədbir iştirakçıları öncə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül dəstələri düzmüşlər.
Rayon Polis şöbəsinin rəisi, polis polkovniki Mübariz Quliyev Azərbaycan Polisinin yaranmasının 97-ci ildönümü ilə əlaqədar geniş məruzə etmişdir. Qeyd etmişdir ki, Şərqdə ilk demokratik respublika –Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra yaranan qurumlardan biri də Daxili İşlər Nazirliyi olmuşdur.  Ulu öndər Heydər Əliyevin 1998-ci il 24 may tarixli sərəncamı ilə hər il iyulun 2-i Polis Günü kimi qeyd edilir.
Sonra natiq ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqına göstərdiyi əvəzsiz xidmətlərdən danışmışdır. Qeyd etmişdir ki, bu ənənə ulu öndərin siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bildirmişdir ki, rayonda ictimai təhlükəsizliyin təmin edilməsi, cinayətkarlığa qarşı qətiyyətli mübarizə aparılması üçün polis işçiləri səy və bacarıqlarını əsirgəmir, vəzifə borclarını ləyaqətlə yerinə yetirirlər.
Rayon Məhkəməsinin sədri Malik Qarayev, rayon prokuroru Seyfəddin Həsənov, MTN rayon şöbəsinin rəisi Vidadi Qurbanov, Qaratəpə bələdiyyəsinin sədri, Sosialist Əməyi Qəhrəmanı Fatma Hüseynova, rayon ziyalılar cəmiyyətinin sədri Böyükağa Həmidov, YAP rayon təşkilatı qadınlar şurasının sədri, Qaratəpə kənd ümumi orta məktəbinin direktoru  Məleykə Həsənova, rayon Polis Şöbəsinin əməkdaşı, polis leytenantı  Raziyyəxanım Əliyeva, şair Ərzuman Ümman çıxış edərək ürək sözlərini söyləmişlər.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı cənab Nazim İsmayılov çıxış edərək polis işçilərini peşə bayramı münasibətilə  təbrik etmiş, onlara çətin və şərəfli işlərində uğurlar arzulamışdır.
Bir qrup polis əməkdaşına, eləcə də veteran polislərə rayon İcra Hakimiyyətinin və rayon Polis şöbəsinin Fəxri fərmanları, pul mükafatı təqdim edilmişdir. Bir qrup ictimaiyyət nümayəndəsinə rayon Polis şöbəsinin təşəkkürnaməsi verilmişdir.

Keçidlər