Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunda Dövlət qulluqçularının peşə bayramı qeyd edilmişdir.

23 iyun 2015 | 15:00

İyunun 23-də YAP rayon təşkilatının inzibati binasında Dövlət qulluqçularının peşə bayramı gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə RİHB aparatının məsul işçiləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, digər dövlət qulluqçuları iştirak etmişlər.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gələrək onun xatirəsinə ehtiramla yad etmiş, önünə gül-çiçək dəstələri qoymuşlar.
Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov açaraq Dövlət Qulluqçularının peşə bayramı münasibətilə iştirakçıları təbrik etmiş, onlara işlərində uğurlar, şəxsi həyatlarında xoşbəxtlik, səadət, cansağlığı arzulamışdır.
Aprelin 23-də vəfat etmiş rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçisi Vəsilə Usubovanın xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Rayon rəhbəri çıxışında qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2006-cı il 25 may tarixli sərəncamı ilə hər il iyunun 23-ü Dövlət qulluqçularının peşə bayramı günü kimi qeyd olunur.
Rayonun dövlət qulluqçuları dövlətçiliyin daha da möhkəmləndirilməsi, rayonun sosial-iqtisadi inkişafı sahəsində üzərlərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsi üçün bundan sonra da öz bilik və bacarıqlarını sərf edəcəklər.
Rayon rəhbəri çıxışında həmçinin qeyd etmişdir ki, hər il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərancamı ilə dövlət qulluğunda səmərəli fəaliyyət göstərən şəxslər təltif edilir. Rayonumuzdan da təltif olunanların sayı getdikcə artır. Ölkə Prezidentinin  22 iyun 2015-ci il tarixli sərəncamı ilə rayon İcra Hakimiyyəti başçı aparatının məsul işçisi Ağayev Ağarəhim Babalı oğlu «Dövlət qulluğunda fərqlənməyə görə» medalı ilə təltif edilmişdir. Bu munasibətlə onu ürəkdən təbrik etmiş, cansağlığı, işlərində daha böyük uğurlar arzulamışdır.
Ağarəhim Ağayev çıxış edərək göstərilən diqqət və qayğıya, etimada görə ölkə rəhbərinə təşəkkürünü bildirmiş, bundan sonra da daha əzimlə çalışacağına söz vermişdir.

Keçidlər