Şriftin ölçüsü :

Saytın rəngi :

«Məişət zorakılığı sahəsində milli qanunvericilik və onun icra mexanizmləri» mövzusunda maarifləndirmə tədbiri

13 iyun 2015 | 15:00

İyunun 13-də M. Ə. Sabir adına şəhər 1 saylı tam orta məktəbində «Məişət zorakılığı sahəsində milli qanunvericilik və onun icra mexanizmləri» mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir. «Ailə» Sosial Araşdırmalar İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının  maliyyə dəstəyi ilə keçirilən  maarifləndirmə tədbirində  məktəb direktorları, pedaqoji kollektivlərin təmsilçiləri, müvafiq qurumların nümayəndələri və digər təmsilçilər  iştirak etmişlər. Tədbirin keçirilməsində məqsəd  regionda  qadın və uşaqlara qarşı zorakılığın aradan qaldırılması üçün qadınların, uşaqların, gənclərin, müvafiq dövlət orqanlarının nümayəndələrinin iştirakı ilə  təlimlər təşkil etmək, mövcüd problemləri öyrənmək və müvafiq qurumlara təklif və tövsiyələri təqdim etməkdən ibarətdir.
Tədbiri giriş sözü ilə  «Ailə» Sosial Araşdırmalar İctimai Birliyi (ASAİB) nümayəndəsi Nigar Ağayeva açmışdır.  Layihənin eksperti Vəlihə Abdullayeva və Ailə, Qadın və Uşaq Poblemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova  «Məişət zorakılığı, növləri və mübarizə yolları», «Məişət zorakılığı mübarizəsi sahəsində qanunvericilik və dövlət qurumlarının fəaliyyəti» mövzularında məruzələr etmişlər.
Tədbirdə ekspert tərəfindən iştirakçılara  məişət zorakılığı, onun əsas səbəb və nəticələri, həmçinin «Məişət zorakılığının qarşısının alınması haqqında Azərbaycan Respublikasının Qanunu», bu qanuna müvafiq olaraq Nazirlər Kabinetinin qəbul edilmiş qərarları, ailə münaqişəsi zəminində qadınlara və uşaqlara qarşı törədilmiş cinayətlərin rəsmi statistikası, BMT-nin qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə  Komitənin Azərbaycan hökumətinə təqdim etdiyi son tövsiyələri barədə  məlumat verilmişdir.
Tədbirdə eyni zamanda müvafiq qurumların nümayəndələri mövzu üzrə çıxış edərək rayon üzrə mövcud vəziyyətlə bağlı müzakirələr aparmışlar. Layihənin yekununda təklif və tövsiyələr hazırlanaraq aidiyyatı qurumlara təqdim edilmişdir.
Tədbirdə rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov iştirak və çıxış etmişdir.

Keçidlər