Şriftin ölçüsü :

Saytın rəngi :

Mayın 30-da rayonumuzun daha iki kəndində təbii qazın verilişi təmin edilmişdir.

30 may 2015 | 15:00

Mayın 30-da rayonumuzun daha iki kəndində təbii qazın verilişi təmin edilmişdir. Bu münasibətlə Axısxa kənd tam orta məktəbinin həyətində mərasim keçirilmişdir. Mərasimdə rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov, «Azəriqaz» İstehsalat Birliyinin təmsilçiləri, rayonumuzun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ziyalılar, ağsaqqallar, kənd sakinləri iştirak etmişlər.
Mərasimi giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı cənab Nazim İsmayılov açaraq əvvəlcə qazın verilişi münasibətilə kənd sakinlərini təbrik etmiş, onlara xoş arzularını çatdırmışdır.
Rayon rəhbəri bildirmişdir ki, möhtərəm Prezidentimiz cənab  İlham Əliyevin rəhbərliyi altında ölkəmiz sürətlə inkişaf edir. İnkişaf prosesi regionlarda daha geniş vüsət almışdır. Bu gün kəndlərimizin qazlaşdırılması da həyata keçirilən nəhəng quruculuq işlərinin tərkib hissələrindən biridir. Rayonun digər kəndlərində də yaxın vaxtlarda «mavi alov» şölələnəcəkdir.
«Azəriqaz» İstehsalat Birliyi Tikinti Departamentinin rəis müavini Fuad Şükürov çıxışında bildirmişdir ki, qazlaşma prosesi sürətlə davam etdirilir. Natiq bu sahədə görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışmış, bu əlamətdar gün münasibətilə kənd sakinlərini təbrik etmişdir.
Hətəmşah Məcidov kənd sakinləri adından çıxış edərək göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə, rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılova, eləcə də qaz çəkilişində əməyi olan insanlara minnətdarlığını bildirmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Nazim İsmayılov kənd sakinlərinin alqış sədaları altında  məktəbin həyətində qoyulmuş məşəli alovlandırmışdır.    
Sonra mərasim iştirakçıları kənd sakini Ceyhun Quliyevin evində ailənin sevincinə şərik olmuşlar.
Həmin gün Həşimxanlı kəndinə də təbii qaz verilmişdir. Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov başda olmaqla  «Azəriqaz» İstehsalat Birliyinin təmsilçiləri, müəssisə rəhbərləri kənd sakini Hacı Mətləb Süleymanovun evində təbii qazın mətbəxə verilməsini seyr etmiş, ailə üzvlərini bu münasibətlə təbrik etmişlər.

Keçidlər