Şriftin ölçüsü :

Saytın rəngi :

Respublika Günü münasibətilə təntənəli bayramtədbiri

26 may 2015 | 15:00

Ölkəmizin hər yerində olduğu kimi, rayonumuzda da 28 May-Respublika Günü ümumxalq bayramına çevrilmişdir. Mayın 26-da RİHB aparatının iclas zalında Azərbaycan Xalq Cümhuriyyətinin 97-ci ildönümü münasibətilə təntənəli yığıncaq keçirilmişdir. Rayon İcra Hakimiyyətinin başçısı cənab Nazim İsmayılov başda olmaqla aparatın məsul işçilərinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin, inzibati ərazi nümayəndələrinin, bələdiyyə sədrlərinin, ziyalıların, ictimaiyyətin nümayəndələrinin iştirak etdikləri tədbir xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarətlə  başlanmışdır. Abidənin önünə gül-çiçək dəstələri düzülmüşdür.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Nazim İsmayılov yığıncağı giriş sözü ilə açdıqdan sonra mayın 19-da Bakının Binəqədi rayonunda yanğın hadisəsi zamanı həlak olmuş 15 nəfərin (onlardan 4 nəfəri Sabirabad rayon sakinidir) xatirəsi  bir dəqiqəlik sükutla yad edilmişdir.
Azərbaycan Respublikasının Dövlət himni səsləndirilmişdir.
Rayon rəhbəri cənab Nazim İsmayılov yığıncaqda geniş məruzə ilə çıxış etmişdir. Natiq həmin dövrdən  indiyədək olan tarixi hadisələri  xronoloji ardıcıllıqla, tutarlı faktlarla göstərmişdir. O, Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixindən, fəaliyyət göstərdiyi 23 ay ərzində görülmüş böyük işlərdən  danışmış, ümummilli lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qorunub möhkəmləndirilməsində misilsiz xidmətlərini yüksək dəyərləndirmişdir.
Nazim İsmayılov milli dövlətçilik ənənələrinə sadiq qalan Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun uğurla etdirildiyini, müstəqilliyimizin əbədi, sarsılmaz və dönməz olmasını xüsusi vurğulamışdır. Qeyd etmişdir ki, ulu öndər Heydər Əliyevin siyasi məktəbinin  yetirməsi olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yeritdiyi müdrik daxili və xarici siyasət sayəsində respublikamız beynəlxalq aləmdə özünün layiqli yerini tutmuşdur.
Sonda cənab Nazim İsmayılov 28 May- Respublika Günü münasibətilə yığıncaq iştirakçılarını bir daha təbrik etmiş, onlara cansağlığı, səadət, xoşbəxtlik arzulamışdır.

Keçidlər