Şriftin ölçüsü :

Saytın rəngi :

Böyük Vətən müharibəsi veteranları unudulmur

09 may 2015 | 15:00

Böyük Vətən müharibəsi 70 il bundan əvvəl qurtarıb. Lakin onun ağrı-acıları hələ də davam edir. Bu savaşda Azərbaycan xalqının xidmətləri misilsizdir. Azərbaycanın oğul və qızları həm ön cəbhədə, həm də arxa cəbhədə misilsiz şücaət, qəhrəmanlıq və fədakarlıq göstərmişlər.
     Böyük Vətən müharibəsinə sabirabadlılar da yollanmış, igidliklər göstərmişlər. Onlardan hazırda 13 nəfəri sağdır. Mayın 9-da rayon İcra Hakimiyyəti başçısının təşəbbüsü ilə veteranlara bir-bir baş çəkilmiş, onlara Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzası olan «1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi» yubiley medalları təqdim olunmuş, rayon İcra Hakimiyyəti başçısı cənab Nazim İsmayılovun təbrik məktubu çatdırılmış, maddi yardım göstərilmişdir.
     Rayon İcra Hakimiyyəti başçısı aparatının ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri İlham Əsgərov, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Sabirabad rayon şöbəsinin rəisi Rəsul Babayev, AVMVB rayon şöbəsinin sədri Faiq Hüseynov, ictimaiyyətin bir qrup nümayəndələri öncə Belqradın azad olunmasında igidliklə vuruşmuş azərbaycanlılardan ibarət 223-cü atıcı diviziyasının yeganə sağ qalmış döyüşçüsü Zülfəli Əliyevə baş çəkmişlər. Z.Əliyev veteranlara göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və rayon İcra Hakimiyyətinin başçısı cənab Nazim İsmayılova Böyük Vətən müharibəsi iştirakçıları adından minnətdarlığını bildirmişdir.
    Şəhər sakini Abış Abuşovun mənzilində olarkən Belarusiyanın faşistlərdən azad edilməsində göstərdiyi xidmətlərinə görə Belarus Respublikası Prezidentinin təşəkkür məktubu  ona təqdim edilmişdir.
     Rayon İcra Hakimiyyəti başçısı aparatının ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri İlham Əsgərov çıxış edərək xalqımızın mərd və igid oğulları – Böyük Vətən müharibəsi veteranları ilə fəxr etdiyini və qürür hissi duyduğunu bildirmişdir. Veteranları bayram münasibətilə rayon İcra Hakmiyyəti başçısı cənab Nazim İsmayılovun adından təbrik etmiş, onlara cansağlığı arzulamışdır.

Keçidlər