Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda Çernobıl qəzasının 29-cu ildönümü qeyd olunmuşdur

24 aprel 2015 | 15:00

Aprelin 24-də RİHB aparatının  akt zalında Çernobıl qəzasının 29-cu ildönümü münasibətilə yığıncaq keçirilmişdir. Yığıncaqda rayon İcra Hakimiyyətinin başçısı cənab Nazim İsmayılov başda olmaqla  aparatın məsul işçiləri, xidməti təşkilatların rəhbərləri və Çernobıl əlilləri iştirak etmişlər.
     Yığıncağı giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı cənab Nazim İsmayılov açdıqdan sonra Çernobıl faciəsi nəticəsində həlak olmuş həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
     Rayon rəhbəri qəzanın 29-cu ildönümü ilə əlaqədar çıxışında bildirmişdir ki, 1986-cı il aprelin 26-da Ukraynanın Çernobıl Atom Elektrik Stansiyasında ötən əsrin ən böyük faciələrindən biri olan texnogen faciə baş vermişdir. Faciə nəticəsində minlərlə insan həlak olmuş və yaxud güclü radiasiyaya məruz qalaraq sağlamlığını irmişlər. Qəzanın fəsadlarının aradan qaldırılmasında 7 mindən artıq Azərbaycan vətəndaşı fədakarlıq göstərmişdir. Onların arasında sabirabadlılar da olmuşlar. Hazırda rayonumuzda 30 Çenobıl əlili yaşayır.
    Natiq eyni zamanda vurğulamışdır ki, ulu öndər Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışından sonra Çernobıl əlillərinin statusunun müəyyənləşdirilməsi, onların  sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir. Çernobıl əlillərinə qayğı bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə Prezidentinin təşəbbüsü ilə Çernobıl əlillərinin müavinəti dəfələrlə artırılmış, onların sosial şəraiti yaxşılaşdırılmışdır.
   Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Vüsal Talıblı çıxış edərək Çernobıl əlillərinə göstərilən diqqət və qayğıdan danışmışdır.
  Çernobıl Əlilləri Cəmiyyəti rayon təşkilatının sədri Əzizağa Quliyev çıxış edərək göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılova minnətdarlığını bildirmişdir.

Keçidlər