Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda Pasxa bayramı qeyd edildi

11 aprel 2015 | 15:00

Aprelin 11-də RİHB aparatının akt zalında pravoslavların müqəddəs Pasxa bayramı münasibətilə yığıncaq keçirilmişdir. Yığıncaqda  rus icmasının üzvləri, xidməti təşkilatların nümayəndələri iştirak etmişlər.
   Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov açaraq əvvəlcə pravoslavların rus icmasının üzvlərini rayon İcra Hakimiyyətinin başçısı cənab Nazim İsmayılovun  və öz adından təbrik etmiş, onlara xoş arzularını çatdırmışdır. Natiq bildirmişdir ki, Azərbaycan tolerant ölkədir. Burada yüksək mənəvi-əxlaqi dəyərlər həmişə qorunub saxlanılır. Ölkəmizdə ayrı-ayrı xalqlara, dinlərə hörmətlə yanaşılır. Rayonumuzda da belədir.
    Rus icmasının rəhbəri Aleksandr Qluxov çıxış edərək bildirmişdir ki, biz yerli əhalidən həmişə qonaqpərvərlik görmüşük. Rayon rəhbərliyi tərəfindən də bizə daim qayğı göstərilir. Heç bir problemimiz yoxdur. Ölkə Prezidenti cənab İlham Əliyevin  uğurlu siyasətini bəyənirik. Göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına, rayon rəhbərliyinə minnətdarlığımızı bildiririk.
     Bayram münasibətilə  rus icması üzvlərinə maddi yardım göstərilmişdir.

Keçidlər