Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatı Gənclər Birliyinin hesabat konfransı

03 aprel 2015 | 15:00

Aprelin 3-də Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatı Gənclər Birliyinin hesabat konfransı keçirilmişdir. Tədbirdən öncə şəhərimizin mərkəzində ucaldılmış xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi ziyarət edilmiş, önünə gül dəstələri düzülmüşdür.
Konfransı giriş sözü ilə Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının sədri, rayon Gənclər və İdman idarəsinin rəisi Nadir Quliyev açmışdır.
Azərbaycan Respublikasının Dövlət himni səsləndirilmişdir.
YAP  rayon təşkilatı Gənclər Birliyinin sədri Hacıəli İsmayılov hesabat məruzəsi ilə çıxış edərək bildirmişdir ki, Yeni Azərbaycan Partiyası ölkəmizin ictimai-siyasi həyatında, dövlətçilik ənənələrinin qorunması və inkişaf etməsində həlledici qüvvəyə malikdir. Bu siyasi təşkilatın tutduğu yol ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi bir yoldur. Bu siyasət Azərbaycanın müstəqil dövlətçiliyinə gətirib çıxarmış, ulu öndərin ideyalarının əbədiliyini və dönməzliyini təmin etmişdir. Ölkəmizin gələcək inkişafının və xalqımızın firavanlığının təminatı olan Heydər Əliyev kursu Azərbaycan Respublikasının Prezidenti, partiyamızın sədri cənab İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirilir. Partiyamızın sosial bazası çox genişdir. Hər təbəqədən və hər peşədən olan insanlarla təmsil olunur. Partiyamız 1993-cü ildən bəri bütün seçkilərdə qalib çıxmışdır. Bunun da səbəbi YAP-ın ümummilli maraqlardan çıxış etməsidir. Artıq partiyamız gəncləşir. Partiyanın gənclər birliyinin geniş sosial bazası var və intellektual peşəkar gənclərlə təmsil olunurlar. Sonuncu Prezident seçkilərində partiyamızın gənclər birliyi əvvəlki illərdən daha peşəkar fəaliyyət göstərmiş, təbliğat işinin aparılmasında böyük rol oynamışdır.
Ölkəmiz artıq genişmiqyaslı tədbirlərə ev sahibliyi edir. Keçən il Bakıda BMT-nin «Təhlükəsiz gələcək naminə» adlı gənclərdən ibarət təhlükəsizlik mobilizasiyası tədbiri, qlobal gənclər siyasəti ilə bağlı beynəlxalq tədbirə ev sahibliyi etməyimiz buna əyani misaldır. Bu il birinci Avropa Oyunlarına ev sahibliyi edəcəyik. Birinci Avropa Oyunlarının məşəlinin alovlanması digər 59 şəhər və rayonlarla yanaşı, rayonumuzda da baş tutacaqdır.
Konfransda Sabirabad Dövlət Sosial - İqtisadi kollecin tələbəsi Gülay İbadlı, YAP rayon təşkilatı Gənclər Birliyinin üzvü Varis Rüstəmov çıxış edərək gənclərə göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Konfransda təşkilati məsələyə baxılmışdır. Hacıəli İsmayılov yenidən YAP rayon təşkilatı Gənclər Birliyinin sədri seçilmişdir. YAP rayon təşkilatı Gənclər Birliyinin şura üzvləri, YAP Gənclər Birliyinin növbəti konfransına nümayəndələr seçilmişdir.
Yeni Azərbaycan Partiyası siyasi şurasının üzvü, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev konfransda çıxış edərək qarşıda duran vəzifələrdən danışmışdır.
Rayon İcra Hakimiyyətinin başçısı, Yeni Azərbaycan Partiyası siyasi şurasının üzvü Nazim İsmayılov konfransda çıxış edərək tapşırıq və tövsiyələrini vermişdir.
Konfransda YAP rayon Gənclər Birliyi üzvlərinin ölkə rəhbərinə müraciəti oxunmuşdur.
Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının məsul işçisi Ramil Mirzəyev konfransda iştirak etmişdir.

Keçidlər