Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda məcburi köçkünlərə Novruz sovqatı

18 mart 2015 | 16:00

Martın 18-də Novruz bayramı ərəfəsində Daxili İşlər Nazirinin müavini, polis general-mayoru İsmət Əliyevin başçılığı ilə nazirliyin nümayəndələri rayonumuzda müvəqqəti məskunlaşmış məcburi köçkünlərin qonağı olmuşlar. Şəhriyar kəndindəki köçkün düşərgəsində qonaqlar hörmət və ehtiramla qarşılanmışlar.
Daxili İşlər nazirinin müavini məcburi köçkünlərlə səmimi görüşərək onlara respublikanın Daxili İşlər Naziri, general-polkovnik Ramil Usubovun bayram təbriklərini və xoş arzularını çatdırmışdır.
Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov qonaqları salamlamış, köçkünləri Novruz bayramı münasibətilə təbrik etmiş, qaçqın və məcburi köçkünlərə göstərilən dövlət qayğısından söz açmışdır.
Nazir müavini İsmət Əliyev köçkünlər qarşısında çıxış edərək bildirmişdir ki, qaçqın və məcburi köçkünlərin problemlərinə hər zaman diqqətlə yanaşılmasının əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ümummilli liderimizin siyasi kursunu möhtərəm Prezident cənab İlham Əliyev uğurla davam etdirir. Dövlətimizin başçısı qaçqın və məcburi köçkünlərin problemlərinə hər zaman xüsusi diqqət və qayğı ilə yanaşılmasını bütün məmurlardan tələb edir.
Nazir müavini eyni zamanda sosial müdafiəyə ehtiyacı olan insanların həyat şəraitlərinin daha da yaxşılaşdırılması üçün görülmüş işlərdən də ətraflı danışmışdır. Bildirmişdir ki, Azərbaycan öz ərazi bütövlüyünü xalqımızın yenilməz iradəsinə və ordumuzun gücünə arxalanaraq istənilən yolla bərpa edəcəkdir. Bu problem ədalət və beynəlxalq hüquq normaları çərçivəsində həll ediləcəkdir.
Məcburi köçkünlərdən Cəbrayıl rayon sakini Arif İsmayılov, Füzulidən Hacı Əlif Muxtarov, Zəngilan rayonundan Bilal Hətəmov və başqaları çıxış edərək dövlət başçısının yürütdüyü uğurlu daxili və xarici siyasət sayəsində  doğma yurdlarına qayıdacaqlarına əmin olduqlarını bildirmişlər. Onlar eyni zamanda problemlərinə həssaslıqla yanaşdıqlarına, göstərilən daimi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Daxili İşlər Nazirliyinin rəhbərliyinə, rayon İcra Hakimiyyətinin başçısına minnətdarlıqlarını bildirmişlər.
Daha sonra Daxili İşlər orqanları əməkdaşlarının könüllülük prinsipi əsasında topladıqları vəsaitin 40 min manatı məcburi köçkün soydaşlarımıza verilmişdir.

Keçidlər