Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sabirabadda vətəndaşları qəbul etmişdir
Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyəsinə əsasən Mərkəzi icra hakimiyyəti orqanları rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətləriнин, ərizə və şikayətlərinin müsbət həll olunması üçün müvafiq tədbirlər görürlər.
Martın 13- də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov Sabirabad rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin inzibati binasında Sabirabad, Şirvan, Saatlı və Hacıqabul rayonlarının vətəndaşlarını qəbul etmişdir. Qəbuldan əvvəl nazir ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoymuşdur.
Qəbula gələn vətəndaşların müraciətləri əsasən ünvanlı dövlət sosial yardımlarınын təyinatı, əlillik dərəcələrinin verilməsi, mənzil, maşın və reabиlitasiya vasitələri ilə təmin olunma, əhalinin məşğulluğu və digər məsələlərlə bağlı olmuşdur.
Müraciətlərdə qaldırılan bəzi məsələlər yerindəcə həllini tapmış, digərləri isə araşdırılması üçün qeydiyyata alınmışdır. Nazir Səlim Müslümov müraciətlərdə qaldırılan bütün məsələlərin obyektiv və ədalətli şəkildə araşdırılaraq konkret tədbirlər görülməsi barədə aidiyyatı strukturların rəhbərlərinə göstəriş vermişdir. Qəbul zamanı nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər də qeydə alınaraq müvafiq orqanlara çatdırmaq məqsədilə nəzarətə götürülmüşdür.