Şriftin ölçüsü :

Saytın rəngi :

Ekologiya və Təbii Sərvətlər naziri Sabirabadda vətəndaşları qəbul etmişdir

30 yanvar 2015 | 16:00

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq yanvarın 30-da Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov Sabirabadda Sabirabad, Saatlı, Hacıqabul rayonlarından və Şirvan şəhərindən olan vətəndaşları qəbul etmişdir. Nazir qəbuldan əvvəl şəhərimizin mərkəzində ucaldılmış ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoymuşdur.

Şəhərimizdəki Heydər Əliyev Mərkəzində keçirilmiş qəbulda tabeli qurumların rəhbərləri də iştirak etmişlər. Qəbul zamanı  50-yə yaxın vətəndaşın müraciətinə baxılmışdır. Bu müraciətlər əsasən ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, geologiya, hidrometeorologiya, ətraf mühitin monitorinqi və s. məsələlərlə bağlı olmuşdur.

Qəbul zamanı cənab Nazir vətəndaşların müraciətlərini, şikayət və təkliflərini dinləyərək hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi üçün nazirliyin müvafiq strukturlarının rəhbərlərinə konkret tapşırıqlar vermişdir. Eyni zamanda vətəndaşlar tərəfindən verilən müxtəlif təkliflər qeydə alınmış, onları narahat edən şikayət xarakterli müraciətlər araşdırılaraq müvafiq tədbirlərin görülməsi üçün nəzarətə götürülmüşdür.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmıq üçün qeydiyyata alınmışdır.

Keçidlər