Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda 20 Yanvar faciəsinin 25-ci ildönümü qeyd edilmişdir.

20 yanvar 2015 | 16:00

Respublikamızın hər yerində olduğu kimi, rayonumuzda da ümumxalq hüzn günü- 20 Yanvar faciəsi qeyd edilmişdir. Yanvarın 20-də anım mərasiminin iştirakçıları yanvar faciəsi qurbanlarının xatirəsini yad etmiş, onlara öz ehtiramlarını bildirmişlər. Eyni zamanda Qarabağ torpaqlarının azad olunması uğrunda həlak olmuş şəhidlərin də məzarları ziyarət edilmişdir.

Anım mərasimi rayonun Heydər Əliyev Mərkəzində davam etdirilmişdir. Mərasimdə rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov çıxış edərək xronoloji ardıcıllıqla, tarixi faktlarla həmin dövrün hadisələrinə münasibətini bildirmişdir. Vətənimizin müstəqilliyi və azadlığı uğrunda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla bir daha yad edilmişdir. Yolçubəyli kənd tam orta məktəbinin müəllimi Fərahim Nağıyev, E. Nadirov adına 8 saylı tam orta məktəbin şagirdi Aysel Nadirova çıxış edərək şəhidlik zivəsinə ucalmış həmyerlilərinin xatirəsinin heç vaxt unudulmayacağına əmin olduqlarını bildirmişlər.

Keçidlər