Sabirabad rayonunun Məmişlər kəndində «mavi alov» şölələndi
27 dekabr 2014 | 16:00
Məmişlər kəndinə təbii qaz verilməsi ilə bağlı mərasim keçirilmişdir. Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov kəndə qaz verilməsi, qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibəti ilə Məmişlər kənd sakinlərini təbrik etmişdir.
«Azəriqaz» İstehsalat Birliyi Tikinti Departamentinin rəisi Ramil İsgəndərov öz çıxışında kəndlərin qazlaşmasının dövlətin sosial-iqtisadi inkişafı proqramına uyğun həyata keçirildiyini, 2015-ci ilin daha uğurlu olacağını qeyd etmişdir. Eyni zamanda Departamentinin rəisi qazdan istifadə edərkən təhlükəsizlik qaydalarına riayət olunmasını diqqətə çatdırmışdır.
Alqış sədaları altında məşəl alovlandırılmışdır.