Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunun Suqovuşan kəndinə qaz verildi

27 dekabr 2014 | 16:00

Dekabrın 27-də Suqovuşan kəndinə təbii qaz verilmişdir.  Suqovuşan kənd tam orta məktəbinin həyətində bu münasibətlə təşkil edilmiş mərasimdə  rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov kəndə qaz verilməsi, qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibəti ilə kənd sakinlərini təbrik etmişdir.

«Azəriqaz» İstehsalat Birliyi Tikinti Departamentinin rəisi Ramil İsgəndərov çıxış edərək Suqovuşan kəndində 496 abonentin qazla təmin olunacağını, rayonun digər kəndlərinə də qazın verilməsi istiqamətində işlərin uğurla aparıldığını qeyd etmişdir.

Mərasim iştirakçılarının alqış sədaları altında həyətdə qoyulmuş məşəl yandırılmışdır.

Keçidlər