Şriftin ölçüsü :

Saytın rəngi :

Əhmədabad kəndində «mavi alov» şölələndi

25 dekabr 2014 | 16:00

Sabirabad rayonunda qazlaşma prosesi davam edir. Dekabrın 25-də Əhmədabad kəndinə təbii qaz verilmişdir. Bu münasibətlə Əhmədabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin həyətində mərasim   keçirilmişdir. Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov açaraq kəndə qaz verilməsi, qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibəti ilə kənd sakinlərini təbrik etmişdir.

«Azəriqaz» İstehsalat Birliyinin məsul nümayəndəsi İbrahim Kərbalayev Əhmədabad kəndində 469 abonentin artıq təbii qazla təmin olunduğunu, qazlaşma prosesinin davam etdiyini vurğulamışdır.

Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov kənd ağsaqqalları ilə birgə mərasim iştirakçılarının alqış sədaları altında həyətdə qoyulmuş məşəli yandırmışlar.

Keçidlər