Şriftin ölçüsü :

Saytın rəngi :

Serbiya Respublikasının səfiri Sabirabadda olmuşdur

19 dekabr 2014 | 16:00

Dekabrın 19-da Serbiya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Neboyşa Rodiç Sabirabadda olmuşdur. Səfirin əsas məqsədi ikinci dünya müharibəsi zamanı bir sıra avropa ölkələrini faşistlərdən xilas etmiş, o cümlədən Belqradın azad olunmasında igidliklə vuruşmuş azərbaycanlılardan ibarət 233-cü atıcı diviziyanın yeganə sağ qalmış döyüşçüsü Zülfəli Əliyevlə görüşmək idi.

Serbiya Respublikasının səfirini və qonaqları rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov qarşılamışdır. Qonaqlar öncə şəhərin mərkəzi meydanında xalqımızın ümummilli lideri  Heydər Əliyevin abidəsini ziyarət etmişlər. Səfir Neboyşa Rodiç Zülfəli Əliyevin yaşadığı mənzilə gələrək onunla çay süfrəsi arxasında səmimi söhbət etmişdir.  Zülfəli Əliyev göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirmişdir.

Daha sonra qonaqlar Heydər Əliyev Mərkəzində nümayiş etdirilən ekspozisiyalarla tanış olmuş, Prezident cənab İlham Əliyevin rayona səfərlərini əks etdirən fotoguşəyə maraqla baxmışlar. Mərkəzin zalları ilə tanışlıq səfirdə çox böyük marağa səbəb olmuşdur.

Serbiyanın səfiri eyni zamanda əsaslı şəkildə yenidən qurulmuş Mədəniyyət evində, yeni inşa edilmiş uşaq bağçasında, Sabirabad regional «ACAN xidmət» mərkəzində də olmuşdur.

Keçidlər