Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Sabirabad rayon təşkilatında gənclərlə görüş

17 dekabr 2014 | 16:00

Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatında bələdiyyə üzvlüyünə gənc namizədlərlə və gənc fəallarla görüş keçirildi. Görüşdə millət vəkilləri Arif Rəhimzadə, Rüstəm Xəlilov, Yeni Azərbaycan Partiyası İcra Katibliyinin məsul işçisi Ramil Mirzəyev iştirak edirdi.

Tədbiri giriş sözü ilə açan YAP Sabirabad rayon təşkilatının sədri Nadir Quliyev bildirdi ki, builki bələdiyyə seçkilərində Sabirabad rayon təşkilatı tərəfindən irəli sürülmüş namizədlər arasında gənclər xüsusilə fərqlənirlər. "Belə ki, YAP Sabirabad rayon təşkilatı tərəfindən irəli sürülmüş 263 namizəddən 106 nəfərini gənclər təşkil edir. Onlar müxtəlif sahələri təmsil edən gənclərdir. Azərbaycanın ən böyük və güclü siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası gənclərin inkişafında mühüm rol oynayır. Partiyamız gənclərə öz potensiallarını reallaşdırmaq üçün geniş meydan vermişdir. Sabirabad rayonunun seçiciləri yüksək fəallıq nümayiş etdirərək bələdiyyə seçkilərində də partiyamızın irəli sürdüyü namizədləri dəstəkləyəcəklər."

Millət vəkili Arif Rəhimzadə çıxış edərək Yeni Azərbaycan Partiyasının yaranma tarixi, həyata keçirilən gənclər siyasətinin uğurları haqqında danışmışdır. O vurğulamışdır ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaranan Yeni Azərbaycan Partiyası qısa müddətdə cəmiyyətdə öz layiqli yerini tutdu, cəmiyyətin aparıcı siyasi qüvvəsinə çevrildi. "Bu gün ümummilli lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının Sədri, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yeni-yeni uğurlara imza atır. Bütün bunlar deməyə əsas verir ki, bələdiyyə seçkilərində seçicilər düzgün seçim edərək rifah və quruculuq naminə Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər."

Çıxış edən gənc namizədlər onlara göstərilən bu etimada görə partiyanın rəhbərliyinə minnətdarlıq etmiş, onlara göstərilən etimadı doğrultmağa çalışacaqlarına söz vermişlər.

 

Keçidlər