15 may – Beynəlxalq Ailə Günü münasibətilə Sabirabad rayonunda maarifləndirici tədbir keçirilib
Sabirabad Rayon İcra Hakimiyyəti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzi, rayon Təhsil sektorunun və Sabirabad Gənclər Evinin birgə təşkilatçılığı ilə 15 may - Beynəlxalq Ailə Günü münasibətilə Sabirabad rayon Heydər Əliyev Mərkəzində maarifləndirici tədbir təşkil olunub.
Əvəllcə tədbir iştirakçıları Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Sabirabad RİH başçısı aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın pisxoloqu Nazim Sultanov çıxışında qeyd edib ki, Beynəlxalq Ailə Gününün qeyd olunması cəmiyyətin əsas təməli olan ailəyə verilən dəyərin göstəricisidir. O bildirib ki, belə tədbirlər cəmiyyətin diqqətini ailədə mövcud olan sosial və psixoloji problemlərə yönəldir, ailə institutunun nüfuzunun artırılmasına, gənc nəsildə məsuliyyət hissinin formalaşmasına kömək edir.
Daha sonra Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşı Şamama Əbilova çıxışında xüsusi qayğıya ehtiyacı olan uşaqların ailələrinə göstərilən diqqət və dəstəyin cəmiyyətin inkişaf səviyyəsini göstərdiyini deyib. O, bu cür tədbirlərin həm maarifləndirici, həm də motivasiyaedici xarakter daşıdığını vurğulayıb.
Tədbirdə digər çıxış edənlər ailənin milli-mənəvi dəyərlərimizin qorunub saxlanmasında mühüm rol oynadığını qeyd ediblər.
Tədbirin məqsədi ailə dəyərlərinin qorunması, onların gənc nəsilə aşılanması, ailə institutunun gücləndirilməsi və ailə məsuliyyətinin cəmiyyətdə daha da dərinləşdirilməsinə xidmət etmək olub.