Sabirabad rayonunda YAP Qadınlar Şurasının zona müşavirəsi keçirilmişdir.
Sabirabadda YAP Qadınlar Şurasının zona müşavirəsi keçirilmişdir. Hakim partiyanın Sabirabad və ətraf 10 rayondan olan qadınlar şurası sədrlərinin və fəal qadınların iştirak etdiyi tədbirdə cəmiyyətdə qadınların fəallığının artırılması, qadın hüquqlarının qorunması, erkən nikah və digər sosial problemlər müzakirə olunmuşdur. Əsas diqqət aktual məsələlərdən biri hesab olunan qızların erkən yaşda nikaha daxil olmasına yönəlmişdir. Problemin həlli istiqamətində əsaslı işlər görülməli olduğu və bununla bağlı anaların üzərinə böyük məsuliyyət düşdüyü vurğulanmışdır. Bu cür müşavirələrin təşkilinin regionda qadın problemlərinin həlli, onların hüquqlarının qorunması və cəmiyyətə inteqrasiyası baxımından mühüm rol oynayacağına əminlik ifadə olunmuşdur. Müşavirədə həmçinin qarşıdan gələn bələdiyyə seçkilərində qadınların iştirakının artırılması da müzakirə mövzusu olmuşdur.
Müşavirədə YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva və YAP Qadınlar Şurası İdarə Heyyətinin üzvü, Azərbaycan Dövlət Tibb Universitetinin professoru Rəna Əliyeva iştirak və çıxış etmişlər.